"Almaniyalı həmkarıma Azərbaycanda mövcud olan digər Avropa ölkələri ilə birgə uğurlu universitet layihələri barədə məlumat verdim".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Azərbaycan-Fransız Universiteti, İtaliya-Azərbaycan Universiteti və müvafiq qurumlarla potensial Azərbaycan-Almaniya Universiteti layihəsinin başlanmasını və biz bu layihələnin sürətlə irəli aparılmasında maraqlı olduğumuzu ifafə etdim", - deyə nazir vurğulayıb.