ABŞ Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının üzvləri ölkənin hərbi büdcəsi çərçivəsində Ukraynaya göstərilən yardımı azaltmağa çalışırlar.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “NBC News” məlumat yayıb.
Nəşrin məlumatına görə, Respublikaçılar hərbi büdcə qanun layihəsindən Ukrayna ilə bağlı müddəaları çıxarmaqla hədələyirlər. Bu addım Demokratlar Partiyasını Ukraynaya yardım göstərmək ilə ABŞ administrasiyasının fəaliyyətini araşdırmaq səlahiyyətlərini genişləndirmək arasında seçim etməyə məcbur etmək məqsədi daşıyır.