Moskvanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi “Nə? Harada? Nə vaxt?” verilişinin keçmiş iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işinə qiyabi baxacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

O, “nasizmin dirçəldilməsində, Rusiya ordusu haqqında saxta məlumatların yayılmasında, nifrətin qızışdırılmasında və terror xarakterli digər cinayətlərdə” ittiham olunur.

Cinayət işinin materialları məhkəməyə daxil olub, lakin məhkəmə iclasının tarixi hələ müəyyən edilməyib.