ABŞ hərbçiləri İrana qarşı əməliyyat zamanı istifadə müddəti başa çatmış sursatlardan istifadə ediblər.

Axar.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Hunq Kao deyib.

O bildirib ki, sursatlar “Güclü qəzəb” əməliyyatında istifadə olunmaq üçün yenidən kodlaşdırılıb:

“Güclü qəzəb” əməliyyatı zamanı istifadə etdiyimiz sursatların əhəmiyyətli bir hissəsini yenidən kodlaşdırmağa nail olduq. Onların üzərindəki “Echo” və “Foxtrot” kodları istifadə müddətinin başa çatdığını göstərirdi”.