ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini bildirib.

Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, Tramp bu barədə Manilada keçiriləcək Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq (QUAD) çərçivəsində Yaponiya, Hindistan və Avstraliya liderləri ilə danışıqlardan əvvəl bildirib:

"Əgər belə bir imkanım olsaydı, mən bunu edərdim". O əlavə edib ki, hələlik ikitərəfli görüş barədə hər hansı dəqiqlik yoxdur.

Qeyd edək ki, Rusiya, Çin və ABŞ liderləri - Vladimir Putin, Si Cinpin və Donald Tramp 18-19 noyabr tarixlərində Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti çərçivəsində noyabrın 19-da üçtərəfli görüşəcəklər.