Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib
sizinxeber.az xəbər saytı

Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib


Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

“Sizinxeber.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks komissiya təşkilati və texniki məhkəmə ekspertizası təyin edilib", - o deyib.

O qeyd edib ki, istintaq faciənin səbəbləri ilə bağlı bütün mümkün versiyalar üzərində işləyir.

"Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub", - Petrenko qeyd edib.

Onun sözlərinə görə, hava gəmisinin bütün sistemlərinin vəziyyəti, eləcə də maddi sübutlar öyrənilir.

"İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur”, - İstintaq Komitəsinin nümayəndəsi bildirib.

Oxşar xəbərlər

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb
Rusiya Səhiyyə Nazirliyi: Aktaudakı təyyarə qəzasında xəsarət alanlardan altı nəfər xəstəxanadan buraxılıb
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Fərid Hüseynov: "Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı xüsusi istintaq qrupu yaradılıb"
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin "qara qutu”larının deşifrə edilmiş materialları Astanaya aparılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər