Rusiya Səhiyyə Nazirliyi: Aktaudakı təyyarə qəzasında xəsarət alanlardan altı nəfər xəstəxanadan buraxılıb
sizinxeber.az xəbər saytı

Rusiya Səhiyyə Nazirliyi: Aktaudakı təyyarə qəzasında xəsarət alanlardan altı nəfər xəstəxanadan buraxılıb


Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç rusiyalı xəstəxanalarda müalicə alır.

“Sizinxeber.az” yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

"Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan üç Rusiya vətəndaşı federal mərkəzlərin və Moskva xəstəxanalarının stasionarlarında müalicə alır”, - nazirliyin rəsmisi Aleksey Kuznetsov bildirib.

Qeyd olunub ki, altı nəfər, o cümlədən bir uşaq xəstəxanadan buraxılıb.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Oxşar xəbərlər

Aktaudakı təyyarə qəzasında yaralanan beş rusiyalı xəstəxanalarda müalicə alırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda təyyarə qəzasında xəsarət alan üç Rusiya vətəndaşı xəstəxanadan buraxılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktau yaxınlığındakı təyyarə qəzası nəticəsində həlak olan üç nəfər Qazaxıstanda dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Səhiyyə Nazirliyi: Təyyarə qəzasında xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qalır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində sağ qalan sərnişin baş verənləri DANIŞDI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər