Almaniya Ukraynaya yeni yardım paketi təqdim edib
Müdafiə naziri Boris Pistoriusun Kiyevə səfəri fonunda Almaniya Ukraynaya verilən silahların siyahısını yeniləyib.
“Sizinxeber.az” xəbər verir ki, bu, Almaniya hökumətinin saytında Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısından bəlli olub.
Yeni paketə 20 MRAP zirehli maşını, 600 HF-1 zərbə PUA-sı, “Leopard 1” tankları üçün mərmi, 139 müxtəlif növ kəşfiyyat PUA-sı, 155 mm kalibrli 14 min artilleriya mərmisi, 122 mm kalibrli 19 min mərmi daxildir. Həmçinin 495 ədəd HK 416 avtomatı, 11 min mina, 65 binokl tədarük edilib.
Nazirlik vurğulayıb ki, 5 ədəd “Marder” PDM, 9 ədəd RCT-30 zirehli transportyoru, 18 ədəd RCH 155 tipli özüyeriyən artilleriya qurğusu tədarük prosesindədir.
Qeyd edək ki, Almaniya ABŞ-dən sonra Ukraynaya silah tədarükünün həcminə görə ikinci yerdədir. Berlin bu günədək Kiyevin hərbi dəstəyi üçün təxminən 28 milyard avro vəsait ayırıb və gələcək xərclər üzrə öhdəliklər götürüb. 2025-ci il üçün büdcə razılaşmasına əsasən, Almaniya Ukraynanın hərbi dəstəyi üçün təxminən 4 milyard avro ayırmalıdır ki, bu da 2024-cü illə müqayisədə iki dəfə azdır. Lakin büdcə hələ Bundestaq tərəfindən təsdiqlənməyib.
Oxşar xəbərlər
Almaniya Ukraynaya 15 tank, 4 ZRK və 30 zirehli maşın verəcək
Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb
Almaniya Ukraynaya ağır hərbi texnika verəcək
Almaniya Ukraynaya AIM-9L raketləri verəcək
Almaniya Ukrayna üçün yeni silah paketinin tərkibini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













