Bozumbayev: Rusiya və Azərbaycanın aviaqəzanın kriminalistik ekspertizasına buraxılmayacaq
Qazaxıstan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının təyyarə qəzasının kriminalistik ekspertizasında iştirakına icazə verilməyəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəblərinin araşdırılması üzrə hökumət komissiyasına rəhbərlik edən Baş nazirin müavini Kanat Bozumbayev keçirdiyi brifinqdə bildirib.
“Rusiya və Azərbaycanın hüquq-mühafizə orqanlarının kriminalistik ekspertizada iştirakına icazə verilməyəcək, lakin onlara təyyarə qəzasının araşdırılmasında iştirak edə biləcək”, - o deyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Oxşar xəbərlər
Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mangistau vilayətinin prokuroru: Hələlik heç bir versiyanı irəli sürə bilmirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanat Bozumbayev: Sabah “Embraer” şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












