Gürcüstanda bu gün prezident seçkiləri keçirilir
Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, prezident ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.
Kollegiyaya Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə hakimiyyət orqanları olan rayon sakrebulosunun 109 deputatı daxildir.
Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.
Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.
Prezidentin seçilməsi üçün seçki kollegiyasının 2/3-nin dəstəyi lazımdır. Hakim "Gürcü Arzusu" partiyasının seçki kollegiyasındakı seçicilərinin sayı kifayət qədər çoxdur.
Oxşar xəbərlər
Bu gün Gürcüstanda parlament seçkiləri keçiriləcək
Gürcüstan MSK parlament seçkilərinin baş tutduğunu elan edib, “Gürcü Arzusu” irəlidədir
Gürcüstan parlamenti 150 deputatın səlahiyyətini tanıyıb
Gürcüstan MSK: Parlament seçkilərində səssayma başa çatıb, “Gürcü Arzusu” qalibdir
Gürcüstan MSK: “Gürcü Arzusu” Partiyası 53,5% səslə seçkilərdə liderdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













