Zelenskinin nümayəndəsi: Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil
Ukrayna hazırda Rusiya ilə danışıqlara hazır deyil.
“Report” xəbər verir ki, bunu Ukraynanın “Publika” nəşrinə müsahibəsində ölkə Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak deyib.
Yermak söyləyib ki, Ukrayna bu gün müharibəni dayandırmaq məqsədilə Rusiya ilə danışıqlar aparmaq üçün kifayət qədər güclü mövqedə deyil: “Biz bərabər şərtlər əsasında və çox güclü olduğumuz zaman danışıqlara gedə bilərik”.
Onun sözlərinə görə, Ukrayna NATO-ya dəvət almağa və iki-üç ildən sonra münaqişənin bərpa olunmayacağına dair açıq zəmanət almağa çalışır.
Qeyd edək ki, V.Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak daha əvvəl Moskvanın şərtləri ilə danışıqların baş tutmasını istəmədiyini açıqlayıb. O, söyləyib ki, Ukraynanın danışıqlarda maraqlarınn təmin olunması üçün Qərb Rusiyaya təzyiqlərini artırmalıdır.
Kremlin sözçüsü Dmitri Peskov dekabrın 8-də qeyd edib ki, Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də Ukraynadakı vəziyyətin həlli üçün şərtləri açıqlayıb. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin Donbas və Novorossiyadan çıxarılması, Kiyevin NATO-ya üzv olmaqdan imtinası var. Ukraynada rusdilli vətəndaşların hüquqları, azadlıqları və mənafeləri də tam təmin edilməlidir. Rusiya Qərbin ona qarşı bütün sanksiyaları ləğv etməyini də zəruri hesab edir.
Oxşar xəbərlər
Zelenskinin Ofisinin müşaviri: NATO-ya üzvlüyümüzlə bağlı ABŞ və Almaniyada şübhələr var
Zelenskinin ofisinin rəhbəri Baydenin müşaviri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
