Lavrov: Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir
sizinxeber.az xəbər saytı

Lavrov: Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir


Rusiya ABŞ ilə nüvə müharibəsi istəmir və bunun qarşısını almaq üçün hər şeyi edir.

"Sizinxeber.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

"ABŞ ilə nüvə xarakterli ola biləcək müharibə barədə düşünmürük. Hərbi doktrinamız deyir ki, ən başlıcası nüvə müharibəsindən qaçmaqdır”, - Lavrov deyib. “Xatırladım ki, 2022-ci ilin yanvarında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün liderlərinin bir-birimizin təhlükəsizlik maraqlarını və qorxularını tanıyaraq hörmət edərək aramızda qarşıdurmanın qarşısını almaq üçün hər şeyi edəcəyimizi bildirən birgə bəyanatının təşəbbüskarı olmuşuq. Bu, bizim təşəbbüsümüz idi".

Lavrovun sözlərinə görə, Moskva Vaşinqtonla normal münasibətlər qurmaq istəyir və ölkələrin əməkdaşlıq edə bilməmələri üçün heç bir səbəb görmür. "Mən belə deməzdim. Hər halda, istədiyimiz bu deyil. Əlbəttə, biz bütün qonşularımızla normal münasibət qurmaq istərdik. Ümumiyyətlə, bütün ölkələrlə, xüsusən də ABŞ kimi böyük bir ölkə ilə", - XİN rəhbəri Rusiya və ABŞ-nin müharibə vəziyyətində olub-olmadığı sualına cavabında deyib.

Oxşar xəbərlər

Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib
Lavrov: Rusiya istənilən ABŞ administrasiyası ilə işləməyə hazırdır
Lavrov: ABŞ Yaxın Şərqdə vasitəçilik səylərini inhisara almaq istəyir
Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib
Lavrov: Rusiyanın Ukrayna xalqını məhv etmək niyyəti yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər