Blinken Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin bildirib.
“ABŞ dövlət katibi Antoni C. Blinken bu gün Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb”, – sözçü Metyu Millerin yazılı açıqlamasında qeyd olunub.
Tərəflər “Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi” haqqında fikir mübadiləsi aparıblar.
“Onlar həmçinin Qəzzadakı humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini müzakirə ediblər. Bundan əlavə, Cənubi Qafqazda ləyaqətli və dayanıqlı sülhün əhəmiyyətinə toxunublar”, – açıqlamada diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Blinken və Fidan Cənubi Qafqazda sülhü müzakirə edib - YENİLƏNİB
Blinken və Fidan Cənubi Qafqazda sülhü müzakirə ediblər - YENİLƏNİB
Blinken və Qalant İrana qarşı mübarizəni müzakirə ediblər
Antoni Blinken ukraynalı həmkarı ilə Vaşinqtonun Kiyevə yardımını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
