İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb
İstanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil monitor kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.
Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.
“Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb”, - deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.
Oxşar xəbərlər
İrəvan hava limanında saxlanılan bloger Aleksandr Lapşin sərbəst buraxılıb
Türkiyənin hava limanlarında “narıncı” təhlükə səviyyəsi elan edilib
Brüssel hava limanında sərnişinlər bomba təhlükəsi səbəbindən təxliyə edilib
“Lufthansa” yəhudi sərnişinlərə qarşı ayrı-seçkiliyə görə 4 milyon dollar cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
