Latviyalı deputat Avroparlamentin Cənubi Qafqazla əlaqələr üzrə yeni rəhbəri seçilib
Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri və iki müavinini seçib.
“Report” xəbər verir ki, nümayəndə heyətinin rəhbəri Latviyanın parlamentinin deputatı Nil Uşakov, Avropa Parlamentinin Fransadan olan üzvü Natali Luazo və Polşadan olan deputat Mixal Şterba isə onun müavinləri seçiliblər.
N.Uşakov qeyd edib ki, Şərqi Avropadakı münaqişələr Cənubi Qafqaz regionunun geosiyasi vəziyyətinə təsir edib. O, həmçinin vurğulayıb ki, regionun özündəki vəziyyət Avropa İttifaqı ilə münasibətlərə birbaşa təsir göstərir:
"Regionda həm daxili hadisələr, həm də regional münaqişələr baş verir. Bu da geosiyasi vəziyyəti dəyişib və Avropa İttifaqı ilə Cənubi Qafqazın üç ölkəsi arasındakı münasibətlərə birbaşa təsir göstərir".
Yeni sədrin sözlərinə görə, Cənubi Qafqaz böyük strateji və iqtisadi əhəmiyyətə malikdir.
"İrəlilədikcə biz dialoqu gücləndirməyə, regional sabitliyi təşviq etməyə və təhlükəsizlik, qanunun aliliyi və insan hüquqları kimi əsas sahələrdə əməkdaşlığı genişləndirməyə xüsusi diqqət yetirəcəyik. Qafqazın daha firavan gələcəyi naminə hər birinizlə əməkdaşlığa ümid edirəm", - o əlavə edib.
Oxşar xəbərlər
Aİ-nin Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi noyabrdan vəzifəsinin icrasına başlayacaq
Azərbaycan Mərkəzi Asiya ölkələrinin regional inteqrasiya proseslərində xüsusi rol oynayır - RƏY
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
"ASAN Xidmət"in rəhbəri BMT-nin beynəlxalq forumunda iştirak edir
