İranda kömür mədənindəki partlayışda ölənlərin sayı 50 nəfəri ötüb - YENİLƏNİB-2
İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.
“Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.
Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.
İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Cənubi Xorasan ostanının qubernatoru Məhəmməd Əli Axundi məlumat verib.
Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölənlərin sayının artması ehtimalı var.
İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə ostanın böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.
Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.
Oxşar xəbərlər
İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artıb - YENİLƏNİB
İranda kömür mədənində partlayışda 19 nəfər ölüb
İranda kömür mədənində partlayışda 51 nəfər ölüb - YENİLƏNİB-1
İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
