İranda kömür mədənində partlayışda 51 nəfər ölüb - YENİLƏNİB-1
İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında ən azı 51 nəfər ölüb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb.
Qeyd edilib ki, 17 nəfər yaralanıb.
***
saat 09.52
İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə Qızıl Aypara Cəmiyyətinin sədri bildirib.
Onun sözlərinə görə, 22 nəfərin axtarışları hələ də davam edir.
Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.
Qəzaya “Mədənci” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.
Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.
***
saat 09.50
İranın Cənubi Xorason ostanında kömür mədənində partlayış olub, 19 nəfər ölüb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Hadisə şənbə günü yerli vaxtla saat 21.00-da Təbas şəhərində mədənlərdən birində baş verib.
Hazırda xilasetmə əməliyyatı aparılır.
Oxşar xəbərlər
İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb - YENİLƏNİB
İranda kömür mədənində partlayışda 19 nəfər ölüb
İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artıb - YENİLƏNİB
Polşada partlayış nəticəsində iki nəfər ölüb, yaralılar var
Əfqanıstanda polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












