İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İranda kömür mədənindəki partlayışda ölənlərin sayı kəskin artıb - YENİLƏNİB


İranın şərqindəki Cənubi Xorasan əyalətinin Təbəs şəhərində şaxtada baş vermiş partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Cənubi Xorasan vilayətinin qubernatoru Məhəmməd Əli Axundi məlumat verib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə ölənlərin sayının artması ehtimalı var.

10:01

İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.

“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.

Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.

Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.

Oxşar xəbərlər

İranda kömür mədənində partlayışda 19 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə fabrikdə partlayışda xəsarət alanların sayı 33 nəfərə çatıb, ölən var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə fabrikdəki partlayışda xəsarət alanların sayı 28 nəfərə çatıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər