sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Zaxarova Ermənistanda çevriliş hazırlaması ilə bağlı ittihamları şərh edib: Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova rəsmi İrəvanın Rusiyada xüsusi təlim keçən şəxslərin Ermənistanda hərbi çevriliş cəhdi ilə bağlı bəyanatını yumorla şərh edib.
“Sizinxeber.az” xəbər verir ki, Zaxarova bunu “NEWS.ru”nun müxbirinin sualını cavablandırarkən deyib.
“Ümid edirəm ki, “Comedy Club” buna görə bağlanmayıb”, - o gülərək bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistan İstintaq Komitəsi ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarının hərbi çevriliş yolu ilə hakimiyyəti zorla ələ keçirmək cəhdinin qarşısını aldığını bəyan etmişdi.
İstintaq Komitəsindən qeyd edilib ki, qrup üzvləri Rostova gedərək orada “Arbat” bazasında təlim keçiblər.
Oxşar xəbərlər
Zaxarova: Ermənistan verdiyi bəyanatlara baxmayaraq, hələ də KTMT-nin bir hissəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
