sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində 28 nəfər yaralanıb
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli binanı atəşə tutması nəticəsində azı 28 nəfər yaralanıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleh Sinehubov, habelə İhor Terexov sosial şəbəkədə yazıb.
“İşğalçılar Xarkovu vurdular. Nemışlyanski rayonunda mülki infrastruktur zədələnib, hazırda üç yaralı var”, – administrasiya rəhbəri qeyd edib.
Terexov isə Rusiya ordusunun çoxmərtəbəli binaya zərbə endirdiyini açıqlayıb: “Çoxmərtəbəli yaşayış binasına zərbə endirildi. Yanğın və dağıntılar müşahidə olunur”.
Daha sonra Terexov olayda 28 nəfərin yaralandığını bildirib.
Oxşar xəbərlər
Ukraynanın Konstantinovka şəhəri atəşə tutulub: 10 nəfər ölüb, 35 nəfər yaralanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
