İranda güney azərbaycanlı fəalın məhkəmədə ana dilində çıxışını hakim farscaya tərcümə etdirib
İranda məhkəmədə güney azərbaycanlı ictimai fəal Mürtəza Pərvin müdafiə çıxışını Azərbaycan türkcəsində etdiyindən hakim onu fars dilinə tərcümə etdirməyə məcbur olub.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Bildirilib ki, ictimai fəallar Mürtaza Pərvin, Səid Minai və Aydın Məhəmmədinin məhkəmə iclası keçirilib.
Məlumata görə, hazırda Tehrandakı Evin zindanında saxlanılan Mürtaza Pərvin, zaminə buraxılan Səid Minai və Aydın Məhəmmədinin məhkəmə iclası qəddarlığı ilə tanınan hakim Abbas Səlavatinin sədrliyi ilə keçib.
Bildirilib ki, onlara “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq” və “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” kimi ittihamlar irəli sürülüb.
İnformasiyaya əsasən, Mürtəza Pərvin bəzi ittihamlarla bağlı bəraət alsa da, başqa “cinayətlərlə” əlaqədar “təqsirli” bilinir.
Oxşar xəbərlər
İranda həbsdə olan jurnalistlərin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
