Ermənistanda özlərini dövlət xidmətinin əməkdaşları kimi təqdim edənlər qadını qaçırıblar
Ermənistanın paytaxtı İrəvanda özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim edən iki naməlum şəxs qadını qaçırıb.
“Report” xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə çərşənbə günü baş verib. Qadın ailəsi ilə birlikdə İrəvanın kənarındakı “San Marko” hovuz kompleksinin ərazisində dincəlirmiş. Qara geyimli və maskalı iki nəfər ona yaxınlaşaraq özlərini Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kimi təqdim ediblər. Bundan sonra qadını dayanacağa aparıb BMW markalı avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Faktla bağlı “adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə” və “vəzifəli şəxsin səlahiyyətlərini özbaşına mənimsəmə” maddələri ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış keçirilib və müşahidə kameralarının görüntüləri götürülüb. Şahidlər dindirilib. Hazırda həm zərərçəkmiş, həm də hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir.
Oxşar xəbərlər
Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
