Qazaxıstan və Özbəkistan birgə kosmik peykləri orbitə çıxarmaq niyyətindədir
Özbəkistan Rəqəmsal Texnologiyalar Nazirliyinin mətbuat xidməti bəyan edib ki, Astana və Daşkənd birgə kosmik peykləri orbitə çıxarmaq niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “EurAsia Daily” məlumat yayıb.
Nazirlik vurğulayıb ki, Rəqəmsal İnklüzivlik və Transformasiya üzrə Asiya-Sakit Okean Konfransı çərçivəsində keçirilən görüşdən sonra 2024-cü ilin sonunadək hazır olacaq süni kosmik peyklərin buraxılması ilə bağlı təkliflərin hazırlanması qərara alınıb.
Qeyd edək ki, Qazaxıstanın “Bayterek” kosmik raket kompleksi 2028-ci ildə tam istifadəyə veriləcək. Lakin, ilk sınaq buraxılışı 2025-ci ilin sonuna planlaşdırılır, ikinci sınaq 2026-cı ilin oktyabrında, üçüncü isə 2027-ci ilin oktyabrında həyata keçiriləcək.
Oxşar xəbərlər
NASA Avropada həyat axtaracaq
“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
Hindistanla Yaponiya təhlükəsizlik və kosmik sahədə əlaqələri gücləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
