“SpaceX” yeni internet-peyklər qrupunu orbitə çıxarıb
“Falcon 9” raket daşıyıcısı “Starlink” sisteminin qlobal internet şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 22 mini-peykdən ibarət daha bir partiyanı uğurla orbitə çıxarıb.
“Report” xəbər verir ki, bu barədə peyklərin yaradıcısı olan “SpaceX” şirkəti məlumat yayıb.
“22 “Starlink” peykinin orbitə çıxarılması təsdiqlənib. Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasının 40-cı buraxılış kompleksindən ABŞ-ın şərq sahili vaxtı ilə saat 09:20-də (Bakı vaxtı ilə saat 17:20-də) həyata keçirilib. Təxminən bir saat sonra daşıyıcının ikinci hissəsindən ayrılan peyklər orbitə çıxıblar”, - məlumatda deyilir.
Qeyd edilir ki, buraxılış çərçivəsində daşıyıcı raketin ilk dəfə istifadə edilən təkrar istifadə oluna bilən birinci hissəsi ayrıldıqdan sonra Atlantik okeanındakı “A Shortfall of Gravitas” dron platformasına idarə olunan şaquli eniş edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
