Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini mümkün saymır
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiyaların açılmasında Rusiyanın vasitəçiliyini qeyri-mümkün adlandırıb.
“Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, mətbuat konfransında bildirib.
“Siz necə təsəvvür edirsiniz ki, məsələn, regional kommunikasiyaların açılması məsələsində Ermənistanı təxribat törətməkdə günahlandıran bir ölkə vasitəçi kimi çıxış edəcək? Belə bir bəyanatla çıxış edən institut özünü bütün mümkün vasitəçiliklərdən kənarda qoyur. Harada görmüsünüz ki, vasitəçi əsassız ittiham irəli sürsün, sonra da bir yerdə oturub bu mövzunu onunla müzakirə edəsən?”, - baş nazir deyib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni nəzərdə tutan Ermənistanın Sünik bölgəsində kommunikasiyaların açılmasına dair razılaşmanı sabotaj etdiyini bildirmişdi.
Ermənistan hökumətinin başçısı onu da bildirib ki, Ermənistan 2020-ci ilin noyabrında onunla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli birgə bəyanatdan geri çəkilmək niyyətində deyil.
Oxşar xəbərlər
Lavrov Paşinyanın Zəngəzurdan keçən kommunikasiyaların açılması barədə razılaşmanı sabotaj etdiyini bildirib
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
Paşinyan Lavrova cavab verib
Paşinyan Lavrovun açıqlamasını vecinə almadı
Paşinyanla Abdulahian Bakı və İrəvan arasında sülh sazişi məsələsini müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












