Türkiyə Suriya ilə münasibətlərin əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb
Türkiyə Suriya ilə münasibətlərin 2011-ci ildən əvvəlki dövrə qayıtması üçün şərtlərini açıqlayıb.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd olunub ki, Suriyanın ərazi bütövlüyünün təmin olunması üçün terror ünsürləri oradan tamamilə təmizlənməlidir. Həmçinin, Suriyanın öz xalqının tələb və gözləntiləri əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı əsasında milli barışıq təmin edilməlidir. Suriyadan çıxmış şəxslərin təhlükəsiz və ləyaqətli qayıdışına şərait yaradılmalıdır. Humanitar yardım davamlı təmin edilməlidir.
Bildirilib ki, bu şərtlər yerinə yetirilsə, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə veriləcək.
Qeyd edək ki, Suriyadakı Bəşər Əsəd rejimi daha əvvəl Türkiyə ilə dialoqdan imtina etdiyini bildirib.
Xatırladaq ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanması Türkiyə ilə münasibətlərə təsir edən əsas məqamlardan idi. Belə ki, məhz bu hadisədən sonra tərəflər arasında diplomatik münasibətlər minimum həddə çatdı. Vətəndaş müharibəsi başlayandan sonra Türkiyə Suriyadakı səfirini geri çağırdı, ölkədəki diplomatik fəaliyyətlərini təxirə saldı. 2012-ci ildə Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovdu.
Oxşar xəbərlər
KİV: Bəşər Əsəd Türkiyə ilə dialoqdan imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Suriya ərazisindən çıxması üçün şərtləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gərginləşən Türkiyə-Suriya münasibətləri: ABŞ "suları bulandırır" - TƏHLİL [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Suriya ilə sərhədin qorunmasında milli texnologiyadan geniş istifadə edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir: Türkiyə və Suriyanın yaxınlaşmasında İran konstruktiv rol oynaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












