Gürcüstan MSK əlavə maneələrlə bağlı ittihamları rədd edib
sizinxeber.az xəbər saytı

Gürcüstan MSK əlavə maneələrlə bağlı ittihamları rədd edib


Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi komissiyanın binasında əlavə maneələrin yaradılması ilə bağlı ittihamlara cavab verib.

"Sizinxeber.az"un yerli bürosunun xəbərinə görə, komissiya bununla bağlı iddiaları rədd edib.

"Yenilənmiş infrastruktur işçilərin və binanın qorunmasına, həm obyektin daxilində, həm də xaricində təhlükəsiz mühitin təmin edilməsinə yönəlmiş proaktiv yanaşmanı əks etdirir. Administrasiya üzvlərinin xalqın qəzəbindən qorxması ilə bağlı ittihamlar həqiqətə uyğun deyil”, - açıqlamada deyilir.

Qeyd edək ki, müxalifət MSK rəhbərliyini ittiham edib ki, komissiya əraziyə yeni sədlər quraşdırmaqla saxtakarlıqlara qarşı kütləvi etirazlardan yayınmağa çalışır. Hakim “Gürcü arzusu” Partiyası isə dəfələrlə bildirib edib ki, müxalifət seçkilərin saxtalaşdırıldığı görüntüsü yaratmağa və hakimiyyəti devirməyə çalışacaq.

Oxşar xəbərlər

Sorğu: Gürcüstan əhalisinin yarıdan çoxu parlament seçkilərində hakim partiyaya səs verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Mən heç yerə getmirəm, istefa vermirəm” - Zurabişvili [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili: Müxalifət Gürcüstanın baş naziri vəzifəsinə vahid namizəd müəyyən edə bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Seyran Ohanyan: “Ermənistan hakimiyyəti yerli orqanları və məhkəmə sistemini ələ keçirməyə çalışır” [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər