Həştərxanda “Xəzər bu gün” media platforması təqdim olunub
Rusiya Federasiyasının Həştərxan şəhərinin qubernatoru səlahiyyətlərini icra edən Pavel Pautov Xəzər Media Forumunda “Xəzər bu gün” informasiya məzmun-platformasını təqdim edib.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, media platforması informasiya qıtlığının aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək.
“İlk növbədə, qlobal informasiya müharibəsi şəraitində böyük həcmdə düşmənçilik xarakterli məzmunun və açıq-aşkar saxta məlumatların yayılmasına qarşı çıxmaq, etibarlı informasiyanı geniş auditoriyaya çatdırmaq lazımdır. Bununla əlaqədar olaraq, biz “Xəzər bu gün” beynəlxalq Xəzər media platformasının layihəsini təqdim etmək və region ölkələrindən jurnalistləri onun işində iştiraka dəvət etmək istəyirik. İnanırıq ki, jurnalistlər, iş adamları və tələbələr üçün uyğunlaşdırılmış bu vahid məzmun platforması informasiya çatışmazlığını aradan qaldırmağa və onun əlçatanlığını artırmağa kömək edəcək”, - P.Pautov bildirib.
Onun sözlərinə görə, platforma altı dildə, o cümlədən Azərbaycan, qazax, türkmən və ingilis dillərində xəbərlərə baxmağa imkan verəcək.
Qeyd edək ki, Xəzər Media Forumunda ümumilikdə 120-yə yaxın xarici qonaq iştirak edir. Nümayəndə heyətlərinin tərkibində həm dövlət orqanlarının nümayəndələri, həm də Xəzəryanı ölkələrin KİV rəhbərləri təmsil olunur.
Bu il Xəzər Media Forumu doqquzuncu dəfə keçirilir. Tədbir "Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi" mövzusunda keçirilir.
Oxşar xəbərlər
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Rusiya XİN Xəzər dənizi üzrə danışıqların əsas məqsədini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
