Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
Rusiyanın Baş naziri Mixail Mişustin oktyabrın 1-də Ermənistana işgüzar səfərə gedəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Rusiyanın Baş naziri Avrasiya Hökumətlərarası Şurasının 40-cı iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək.
Qeyd olunub ki, Mişustin Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandan olan həmkarları ilə birlikdə Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiyanın dərinləşdirilməsinin aktual məsələlərini müzakirə edəcək, daxili bazarların fəaliyyətinə, sənaye, nəqliyyat, gömrük-tarif, kənd təsərrüfatı və enerji sektorlarında qarşılıqlı əlaqənin inkişafına xüsusi diqqət yetirəcək.
Avrasiya İqtisadi Forumu üçüncü dəfədir ki, keçiriləcək. Onun əsas mövzusu “Aİİ-nin 10 ili: perspektivlər və prioritetlər”dir. Rusiya baş nazirinin çıxışı müasir reallıqlarda rəqəmsallaşmaya həsr olunacaq.
Oxşar xəbərlər
Rusiya hökumətinin sədri Ermənistana səfər edəcək
İranın Avrasiya İqtisadi İttifaqına üzvlüyü ilə bağlı müraciətə baxılıb
İrəvanda keçiriləcək Aİİ forumunun gündəliyinə 30-a yaxın tədbir daxil edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
