Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib
sizinxeber.az xəbər saytı

Ukrayna ordusuna məxsus F-16 qırıcısı ilə əlaqə kəsilib


Ukrayna Silahlı Qüvvələrinin bu gün gecə saatlarında hava hücumunun dəf edilməsində iştirak edən F-16 təyyarəsi ilə əlaqəsi kəsilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri Komandanlığının sosial şəbəkələrdəki məlumatına istinadən bildirib.

“Mayın 16-da saat 03:30 radələrində F-16 təyyarəsi ilə əlaqə kəsilib. Ukrayna qırıcı təyyarəsi Rusiyanın hava hücumunu dəf etmək tapşırığını yerinə yetirirdi”, - hərbçilər bildiriblər.

İlkin məlumatlara görə, üç hava hədəfini məhv edən pilot dördüncüsü üzərində işləyirdi.

“Lakin təyyarədə gözlənilməz vəziyyət yaranıb. Pilot təyyarəni yaşayış ərazisindən uzaqlaşdırıb və uğurla katapult edib", - məlumatda qeyd olunub.

Bildirilib ki, axtarış-xilasetmə qrupunun operativ işi sayəsində pilot tez tapılaraq təxliyyə edilib, onun vəziyyəti qənaətbəxşdir.

Oxşar xəbərlər

Filippin HHQ-yə məxsus qırıcının qəzaya uğraması nəticəsində iki pilot ölüb
Braziliyada qırıcı təyyarə qəzaya uğrayıb
Zelenski F-16 qəzasından sonra Ukrayna Hərbi Hava Qüvvələrinin komandanını işdən çıxarıb
Polşa Rusiya aviasiyasının fəallığı ilə əlaqədar qırıcılarını havaya qaldırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər