sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İran XİN: ABŞ-la danışıqların altıncı raundu iyunun 15-də baş tutacaq
İranın nüvə proqramı üzrə ABŞ-la danışıqların altıncı raundu iyunun 15-nə təyin edilib.
“Report” “İRNA”ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
“Keçirilən məsləhətləşmələri nəzərə alaraq, İran-ABŞ dolayısı ilə danışıqların növbəti raundu gələn bazar günü Maskatda keçiriləcək”, - deyə o qeyd edib.
ABŞ və İran Tehranın nüvə proqramı ilə bağlı beş raund danışıqlar aparıb.
Donald Tramp deyib ki, Vaşinqton mümkün uranın zənginləşdirilməsindən imtina etmək istəmədiyinə görə Tehranın mövqeyindən hələlik razı deyil. Tramp daha əvvəl görüşün iyunun 12-də baş tutacağını bildirmişdi.
Oxşar xəbərlər
İran və ABŞ arasında danışıqların növbəti raundu yaxın zamanda baş tutacaq
Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb
ABŞ – İran altıncı danışıqlar raundu baş tutmaya bilər
İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir
İran XİN ABŞ-la danışıqların altıncı raundu ilə bağlı qərarın hələ verilmədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













