Azərbaycan Gürcüstanın üçüncü ən böyük ixrac tərəfdaşı olub
2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstanın üçüncü ən böyük ixrac tərəfdaşı olub.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti – Geostat ilkin yarımillik məlumat yayıb.
Məlumatda görə, altı ay ərzində Gürcüstanın ümumi ixracının 79,8 faizi ixrac tərəfdaşı olan ilk on ölkənin payına düşüb. Siyahının birinci pilləsində 681,3 milyon ABŞ dolları ilə Qırğızıstan, ikinci pilləsində 414 milyon dollarla Qazaxıstan, üçüncü yerdə isə 341,8 milyon dollarla Azərbaycan qərarlaşıb.
İdxala gəlincə, hesabat dövründə Gürcüstanın ümumi idxalının 71,7 faizi ilk on idxal tərəfdaşı ölkənin payına düşüb. Bu siyahıda Türkiyə 1 milyard 294,8 milyon dollarla birinci, ABŞ 1 milyard 283,2 milyon dollarla ikinci, Rusiya isə 950,5 milyon dollarla üçüncü yeri tutub.
2025-ci ilin yanvar-iyun aylarında Gürcüstan ən çox minik avtomobilləri (1 milyard 217,1 milyon dollar) ixrac edib. Bu məhsul qrupu ümumi ixracın 37,6 faizini təşkil edib. Daha sonra qiymətli metal filizləri və konsentratları (174,6 milyon dollar), spirtli içkilər (123,2 milyon dollar) gəlir.
İdxalda da ilk yeri minik avtomobilləri tutub – 1 milyard 662,6 milyon dollar (ümumi idxalın 19,1 faizi). İkinci pillədə neft və neft məhsulları (601,9 milyon dollar), üçüncü yerdə isə şəkil, çertyoj və pastel – əl işi məhsullar (481,2 milyon dollar) qərarlaşıb.
Oxşar xəbərlər
Yanvarda Azərbaycan Gürcüstanın ikinci ən böyük ixrac tərəfdaşı olub
Gürcüstanın ötən il idxal etdiyi elektrik enerjisinin 47 faizi Azərbaycanın payına düşüb
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını ötüb
Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
