Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə zirehli texnikaların modernizasiyası üzrə əməkdaşlığa başlayır


Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan "MİRAS Hərbi-Sənaye Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Türkiyənin "Makine ve Kimya Endüstrisi" (MKE) şirkəti arasında zirehli texnikaların modernizasiyasına dair Anlaşma Memorandumu imzalanıb.

"Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, sənədin imzalanma mərasimi SAHA 2026 beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində baş tutub.

Qeyd edək ki, Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq son illərdə dinamik şəkildə inkişaf edir və bu kimi razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Oxşar xəbərlər

Aqil Qurbanov İstanbulda "SAHA 2026" sərgisində iştirak edir
Haluk Bayraktar: Azərbaycanla Türkiyə müdafiə sənayesi sahəsində əməkdaşlığı daha da gücləndirir
Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində Strateji Anlaşma Memorandumu imzalanıb
Bəxtiyar Ersay "SAHA 2026"da Azərbaycan stendini ziyarət edib
Vüqar Mustafayev Türkiyədə müdafiə sənayesində yeni texnologiyaların tətbiqini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər