Mirzoyan: Ermənistan Türkiyə ilə dialoqdan müsbət nəticələr gözləyir
sizinxeber.az xəbər saytı

Mirzoyan: Ermənistan Türkiyə ilə dialoqdan müsbət nəticələr gözləyir


Ermənistanla Türkiyə arasında dialoq artıq müsbət nəticələr verə biləcək səviyyəyə çatıb.

"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan "İrəvan dialoqu - 2026" beynəlxalq konfransı çərçivəsində baş tutan müzakirə zamanı bildirib.

"Bizim Türkiyə ilə gözəl dialoqumuz var. Əməkdaşlıq üçün çoxsaylı imkanlar olub, elə dünən nümayəndələrimiz Ermənistan və Türkiyə sərhədində yerləşən tarixi Ani körpüsünün birgə bərpası haqqında memorandum imzalayıblar", - o qeyd edib.

Mirzoyan həmçinin vurğulayıb ki, bir həftə əvvəl Ermənistan və Türkiyə arasında Gümrü-Qars marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası məsələsini müzakirə edən işçi qrupunun üçüncü iclası keçirilib.

"Bizim çoxsaylı əməkdaşlıq nümunələrimiz var, lakin sərhəd bağlıdır. Biz diplomatik münasibətlərin qurulmasına ikitərəfli hazırlığımızı ifadə etmişik, sərhədin tam açılmasına ikitərəfli maraq və hazırlığımızı bildirmişik. Birinci mərhələdə sərhədin üçüncü ölkə vətəndaşları və diplomatları üçün açılması barədə razılıq əldə olunub", - o bildirib.

Oxşar xəbərlər

Ararat Mirzoyan: İrəvan və Ankara tələbə təqaüdlərinin təsis edilməsini müzakirə edir
Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib
Aİ Qars-Gümrü dəmir yolu xəttinin işə salınması üzrə Ermənistan-Türkiyə işçi qrupunun görüşünü alqışlayıb
Ermənistan XİN rəhbəri: Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər