Aİ Qars-Gümrü dəmir yolu xəttinin işə salınması üzrə Ermənistan-Türkiyə işçi qrupunun görüşünü alqışlayıb
sizinxeber.az xəbər saytı

Aİ Qars-Gümrü dəmir yolu xəttinin işə salınması üzrə Ermənistan-Türkiyə işçi qrupunun görüşünü alqışlayıb


Avropa İttifaqı (Aİ) Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun Qarsda keçirilən görüşünü alqışlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Aİ-nin press-relizində qeyd olunub.

Bildirilib ki, Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesindəki davamlı tərəqqi regionda uzunmüddətli sülh və sabitliyin əldə olunması üçün müsbət dinamikanı əks etdirir.

Aİ həmçinin İrəvan və Ankara arasında münasibətlərin tam normallaşmasına dəstəyini ifadə edib.

Press-relizdə vurğulanıb ki, Qars-Gümrü dəmir yolu xəttinin işə salınması regional əlaqəliliyin gücləndirilməsinə kömək edəcək və bu da Cənubi Qafqazın bütün ölkələri, xalqları üçün praktiki fayda gətirəcək.

Aİ özünün "Global Gateway" strategiyası, regionlararası əlaqəlilik proqramı və Ermənistanla Türkiyənin mühüm rol oynadığı Transxəzər nəqliyyat dəhlizi çərçivəsində regionda nəqliyyat və iqtisadi əlaqəliliyin inkişafına sadiqliyini təsdiqləyib.

Qeyd edək ki, Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Ermənistan-Türkiyə birgə işçi qrupunun görüşü aprelin 28-də baş tutub və iki ölkə arasında münasibətlərin normallaşması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində keçirilib.

Oxşar xəbərlər

Türkiyə və Ermənistan Qars-Gümrü dəmir yolu xəttinin işə salınması ilə bağlı iclas keçirib
Ermənistan XİN rəhbəri: Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik
Mirzoyan: Ermənistan və Türkiyə Gümrü-Qars dəmir yolu xəttinin texniki tələblərini birgə qiymətləndirəcək
Gümrü-Qars dəmir yolunun Ermənistan hissəsinin işə salınması təxminən bir il çəkəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər