Ermənistan KTMT-nin “Kobalt-2024” təlimlərində iştirak etməyəcək
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Milli Qvardiyasının mətbuat xidməti bildirib ki, tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.
“İştirakçılar təcrübə mübadiləsi aparacaq və xüsusi təyinatlı bölmələr arasında qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcəklər.
Xüsusi təyinatlılar aviasiya və PUA-lardan istifadə edərək binalara və nəqliyyat vasitələrinə basqın etmək, girovları azad etmək və yaraqlıları zərərsizləşdirmək üçün məşq edəcəklər”, - məlumatda bildirilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
