Kürşad Zorlu: Türk dünyasında pasportsuz turizmi dəstəkləyirik
Türkiyə rəhbərliyi Türk dövlətləri arasında turizmin inkişafı yolunda mövcud maneələrin aradan qaldırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir.
"Sizinxeber.az"un Türkiyə bürosunun məlumatına görə, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini (AKP), millət vəkili Kürşad Zorlu Ankaranın 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində təşkil edilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində bildirib.
O deyib ki, Türkiyə TDT-yə üzv ölkələr arasında səfərlərin pasportsuz əsasda həyata keçirilməsi ilə bağlı razılaşmaların əldə olunmasının, eləcə də vahid muzey kartı tətbiqinin tərəfdarıdır:
"Bu, bir prosesdir və məmnuniyyətlə qeyd edirik ki, müsbət irəliləyişlər var".
K. Zorlu qeyd edib ki, TDT məkanında turizm potensialının təşviqinə dair təşəbbüslər yaxın zamanda Türkiyənin aviaşirkətlərinin rəhbərliyinə təqdim olunacaq.
Qeyd edək ki, aprelin 15-16-da Ankarada baş tutan beynəlxalq tədbirdə türk dünyasından Azərbaycan, Türkiyə, Qırğızstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Macarıstan, Bolqarıstandan olan mütəxəssislər müxtəlif mövzularda təşkil olunan panellərdə iştirak edərək, turizm və hotelçiliklə bağlı müzakirələr aparacaqlar.
Oxşar xəbərlər
Kürşat Zorlu: Azərbaycan həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır
Ankarada TDT mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
AKP rəsmisi: Zəngəzur dəhlizi ilə bağlı birgə səylərimiz türk dünyası üçün tarixi prosesdir
Azərbaycanlı deputat TÜRKPA-nın Baş katibi seçilib
AK Partiyadan bir qrup nümayəndə Şuşaya gələcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
