AK Partiyadan bir qrup nümayəndə Şuşaya gələcək
sizinxeber.az xəbər saytı

AK Partiyadan bir qrup nümayəndə Şuşaya gələcək


İyunun 15-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) bir qrup nümayəndəsi Şuşada keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

“Sizinxeber.az”un Ankara bürosunun xəbərinə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib.

O deyib ki, heyətdə AK Partiya sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala, partiyanın xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya, partiyanın türk dövlətləri ilə əlaqələr üzrə müavini Kürşad Zorlu təmsil olunur. Onlar iyunun 14-də Bakıda Yeni Azərbaycan Partiyasındakı (YAP) həmkarları ilə görüşərək müzakirələr aparacaqlar.

Ş.Ayrım həmçinin qeyd edib ki, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin ildönümləri ilə əlaqədər olaraq hər il bu tarixdə Şuşaya toplaşırlar: “Bu il də ənənəvi olaraq Şuşada konfransda iştirak edəcəyik. Üç müxtəlif mövzuda panel keçiriləcək: milli suverenlik, regional əməkdaşlıq, qlobal təhlükəsizlik. Şuşa bəyannaməsi bizim yol xəritəmizdir. Konfransa indiyə kimi gördüyümüz işləri, əldə olunmuş irəliləyişləri və perspektivi müzakirə edəcəyik”.

Oxşar xəbərlər

Türkiyənin bir qrup millət vəkili Bakıda iftar süfrəsinə qatılacaq
Şamil Ayrım: Qərbi azərbaycanlılar öz vətənlərinə geri qaytarılana qədər bu məsələ beynəlxalq aləmdə aktual olmalıdır
Numan Kurtulmuş yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib
Bir qrup xarici diplomata Qərbi Azərbaycan İcmasına Fəxri üzvlük sertifikatları təqdim olunub - FOTO
Numan Kurtulmuş yeniden TBMM sədri seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər