İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəs barədə bəyanat yayıb
sizinxeber.az xəbər saytı

İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ ilə atəşkəs barədə bəyanat yayıb


İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb və Ağ Evin qəbul etdiyi şərtləri açıqlayıb.

"Sizinxeber.az" "Fars" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bəyanatda ABŞ Prezidenti Donald Trampın Tehranın 10 bəndlik təklifini qəbul etdiyi iddia olunur.

"Düşmən İran xalqına qarşı apardığı müharibədə sarsıdıcı məğlubiyyətə uğrayıb, İslam Respublikası Amerikanı 10 maddəlik planını qəbul etməyə məcbur edib", - bəyanatda bildirilib.

AMTŞ İranın Ağ Evə təkliflərini də açıqlayıb:

"Bu planda Amerika təcavüz etməməyə, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsinə, uranın zənginləşdirilməsini qəbul etməyə, bütün sanksiyaların ləğvinə, BMT Təhlükəsizlik Şurasında qəbul olunan bütün qətnamələrə son qoymağa, İrana dəymiş zərəri ödəməyə, ABŞ ordusunun bölgədən çıxarılmasına və bütün cəbhələrdə, o cümlədən Livanın islami müqavimətinə ("Hizbullah") qarşı müharibəni dayandırmağa öhdəlik götürüb".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb.

Oxşar xəbərlər

İran ABŞ-nin qəbul etdiyi şərtləri açıqlayıb
İran XİN Pakistana təşəkkür edib və atəşkəs şərtlərini açıqlayıb
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
İranın Milli Təhlükəsizlik Şurası İsrailə hərbi cavab vermək qərarına gəlib
XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər