İran XİN Pakistana təşəkkür edib və atəşkəs şərtlərini açıqlayıb
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdiyi səylərə görə Pakistanın Baş naziri Şahbaz Şərif və feldmarşal feldmarşal Asim Munirə təşəkkür edib.
"Report" xəbər verir ki, Əraqçi bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"İran İslam Respublikası adından bölgədəki müharibəyə son qoymaq üçün göstərdikləri yorulmaz səylərə görə əziz qardaşlarım, Pakistanın Baş Naziri Şərifə və Feldmarşal Munirə təşəkkür və minnətdarlığımı bildirirəm", - məktubda qeyd olunub:
"İrana qarşı hücumlar dayandırılarsa, Silahlı Qüvvələrimiz öz müdafiə əməliyyatlarını dayandıracaq. İki həftə müddətində İranın Silahlı Qüvvələri ilə koordinasiya vasitəsilə və texniki məhdudiyyətlər lazımi qaydada nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid mümkün olacaq".
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Tehran tərəfindən Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərti ilə İrana qarşı bombardmanları və hücumu iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb. Bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) ABŞ üzərində qələbə qazandıqlarına dair bəyanat yayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.
Statement on behalf of the Supreme National Security Council of the Islamic Republic of Iran: pic.twitter.com/cEtBNCLnWT
— Seyed Abbas Araghchi (@araghchi) April 7, 2026
Oxşar xəbərlər
Tramp İrana qarşı hücumları iki həftəlik dayandırmağa hazır olduğunu açıqlayıb
İran ABŞ-nin qəbul etdiyi şərtləri açıqlayıb
Əraqçi: Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək
Tramp: Hörmüz boğazının minalanması İran üçün intihar olardı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
