İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır
sizinxeber.az xəbər saytı

İsrail ordusu: İran raketlərinin zərərsizləşdirilməsi üzərində iş aparılır


İsrail Müdafiə Qüvvələri (İMQ) İranın növbəti raket hücumu dalğasını qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub.

"İsrail Müdafiə Qüvvələri İrandan İsrail ərazisinə raketlərin buraxıldığını qeydə alıb. Müdafiə sistemləri təhdidləri zərərsizləşdirmək üzərində işləyir", - məlumatda bildirilib.

Daha əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə və ABŞ-nin regiondakı hərbi bazalarına qarşı keçirilən "Gerçək vəd - 4" əməliyyatı çərçivəsində 72-ci hücum dalğasının başladıldığını elan edib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

SEPAH İsrailə və ABŞ-nin Yaxın Şərqdəki bazalarına növbəti hücum dalğası başladıb
SEPAH ABŞ-nin İraqdakı bazasına zərbə endirildiyini bəyan edib
SEPAH: İranın raket anbarlarının böyük hissəsinə zərər dəyməyib
Makron Pezeşkianla telefon danışığının detallarını açıqlayıb
Səudiyyə Ərəbistanının şərqində daha 30 İran dronu zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər