Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi deyilən insansız dəniz vasitəsi Türkiyədə sahilə çıxıb
ABŞ-nin "Sierra Nevada" şirkətinin hazırladığı AEGIR insansız dəniz vasitəsi (İDV) Ordunun Ünye qəsəbəsində sahilə çıxıb.
"Report" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, bu gün Ordunun Ünye qəsəbəsində mülki vətəndaşlar sahilə çıxmış bu vasitə ilə qarşılaşaraq səlahiyyətlilərə xəbər veriblər.
Bildirilib ki, İDV aidiyyəti qurumların aparacağı araşdırmadan sonra 2 mil (3218 metr - red.) açıqda məhv ediləcək.
Qeyd edilib ki, təxminən 10 metr uzunluğundakı AEGIR-W maksimum 900 kilometr məsafəyə malikdir və 25+ düyün sürətə çata bilir. Avtonom olaraq tapşırıq icra edə bilən İDV-nin faydalı yük tutumu isə 300 kiloqramdır.
Sözügedən İDV-ni Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi, hansısa bir səbəbdən sürüklənərək Türkiyə sahillərinə çatdığı qiymətləndirilir. Daha əvvəl də partlayıcı yüklü bir çox Ukrayna insansız dəniz vasitəsi sürüklənərək Türkiyə sahillərinə çıxmışdı. İDV-ləri Dəniz Qüvvələri Komandanlığının SAS bölmələri məhv edir.
Oxşar xəbərlər
Türkiyə dünyanın ilk alçaqdan uçan çoxməqsədli PUA-sını istehsal edib
İsrail ordusu Qəzzada 800 metr uzunluğundakı yeraltı tuneli məhv edib
ABŞ Hərbi Dəniz Qüvvələri Çinlə mübarizə üçün pilotsuz dəniz qayıqlarının donanmasını yaradır
Sumqayıt Bələdiyyəsi Xəzər sahilindəki iməcilikdə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
