Rusiyanın “Elastik” zavodunda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb
sizinxeber.az xəbər saytı

Rusiyanın “Elastik” zavodunda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb


Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti teleqram kanalında məlumat yayıb.

"Lesnoy qəsəbəsində aparılan xilasetmə əməliyyatları zamanı daha bir şəxsin meyiti çıxarılıb. Zərəçəkənlərin ümumi sayı 158 nəfərdir, onlardan 25 nəfər ölüb", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə avqustun 15-də səhər saatlarında baş verib. Müəssisənin istehsalat sexlərindən birində alışma və ardınca yanğın baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb - YENİLƏNİB
Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Ryazanda partlayışa görə matəm elan edilib - YENİLƏNİB
Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 23-ə çatıb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər