Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
sizinxeber.az xəbər saytı

Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb


Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.

"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.

Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.

Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Oxşar xəbərlər

Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB
Rusiyada barıt sexində partlayış baş verib, ölən və yaralananlar var
Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 74 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2
Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 20 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1
Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər