Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb - YENİLƏNİB


Rusiyanın Ryazan vilayətində yerləşən "Elastik" zavodunun barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar. Bir yaralı xəstəxanada vəfat edib. Ölənlərin ümumi sayı 23 nəfərə çatıb", - məlumatda bildirilib.

Daha əvvəl hadisə ilə əlaqədar avqustun 18-də vilayətdə matəm elan edildiyi bildirilmişdi.

09:18

Rusiyanın Ryazan vilayətindəki "Elastik" zavodunda baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

“Sizinxeber.az” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə vilayətin əməliyyat qərargahı məlumat yayıb.

"Bu gün yerli vaxtla saat 7.00-a olan vəziyyətə görə, Şilov rayonunda baş verən fövqəladə hadisə nəticəsində 20 nəfər həlak olub. 134 nəfər xəsarət alıb, onlardan 31-i Ryazan və Moskva xəstəxanalarında stasionar, 103 nəfər isə ambulator müalicə alır", - məlumatda bildirilib.

Xatırladaq ki, avqustun 15-i səhər saatlarında "Elastik" zavodunun barıt sexində partlayış və yanğın baş verib, sexin binası tamamilə dağılıb.

Oxşar xəbərlər

Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb
Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb
Ryazanda partlayışa görə matəm elan edilib - YENİLƏNİB
Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər