Ryazanda partlayışa görə matəm elan edilib - YENİLƏNİB
Rusiyanın Ryazan vilayətinin Şilov rayonundakı müəssisənin barıt sexində baş verən və 11 nəfərin həyatına son qoyan hadisə ilə əlaqədar 18 avqust matəm günü elan edilib.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regionun başçısı Pavel Malkov bildirib.
Onun sözlərinə görə, regionun bütün ərazisində dövlət bayraqları yarıya qədər endiriləcək, mədəniyyət müəssisələri, teleradio şirkətləri və təşkilatlara əyləncəli tədbirləri ləğv etmək tövsiyə olunub.
Rusiyanın Ryazan vilayətinin Şilov rayonunda yerləşən "Elastik" zavodunun barıt sexində baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının mətbuat xidməti məlumat yayıb.
"Dünən axşam və ötən gecə dağıntılar altından üç nəfər xilas edilib. Ölənlərin sayı 11 nəfərə çatıb", - məlumatda deyilir.
Hadisə nəticəsində 130 nəfər xəsarət alıb, onlardan 29-u xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə zəruri tibbi yardım göstərilib.
Hazırda partlayışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Barıt sexində partlayışdan sonra yanğın baş verib. İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Müəssisənin yerləşdiyi Şilov rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.


width="220" alt="Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb" />
width="220" alt="Ryazan vilayətində barıt sexində baş verən partlayışda beş nəfər ölüb - YENİLƏNİB" />
width="220" alt="Rusiyada barıt sexində partlayış baş verib, ölən və yaralananlar var" />
width="220" alt="Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 74 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2" />
width="220" alt="Rusiyada barıt zavodunda partlayışda ölənlərin sayı 5-ə çatıb, 20 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-1" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />