Paşinyan Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək
Ermənistanın Baş naziri Nikol Paşinyan 14-15 avqust tarixlərində Çolpon-Atada (Qırğızıstan) keçiriləcək Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.
“Sizinxeber.az” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, bu, Paşinyanın avqustun 12-dən 15-dək məzuniyyətdə olması ilə əlaqədardır.
İclasda Ermənistanı Baş nazirin müavini Mher Qriqoryan təmsil edəcək.
İclasda Aİİ çərçivəsində birja əqdlərinin inkişaf proqramı, üzv dövlətlərin 2024-2026-cı illər üçün nəqliyyat siyasəti, dərman və tibbi avadanlıqların ümumi bazarının inkişaf konsepsiyası və digər məsələlər müzakirə olunacaq.
Oxşar xəbərlər
Rusiya Baş naziri İrəvanda səfərdədir
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
Paşinyan Davos forumunda iştirak edəcək
Ermənistan baş nazirinin müavini Rusiyaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
