Sizinxeber.az » DÜNYA » Region » Paşinyan və Aİ Şurasının sədri Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər

Paşinyan və Aİ Şurasının sədri Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta arasında telefon danışığı aparılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib.

"Baş nazir 2025-ci il avqustun 8-də ABŞ-nin paytaxtı Vaşinqtonda aparılmış danışıqların nəticələri, xüsusilə "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin buraxılması ilə bağlı təşkilata birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılmasını, eləcə də " Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” layihəsi barəsində Aİ Şurasının sədrinə məlumat verib", - o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, bərqərar olmuş sülh Ermənistan-Aİ əməkdaşlığının genişləndirilməsi üçün yeni investisiya imkanları açır.

Tərəflər həmçinin Ermənistan-Aİ gündəliyinə dair məsələləri, eləcə də Avropa Siyasi Birliyinin 2026-cı ilin yazında Ermənistanda keçiriləcək sammiti ilə bağlı təşkilati məsələləri müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !