Ərdoğanla Paşinyan siyasi dialoqun davam etdirilməsi barədə razılığa gəlib
Ermənistan Baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən danışıqların nəticələri, xüsusən "Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin ləğvi üzrə ATƏT-ə birgə müraciət, ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri çərçivəsində və qarşılıqlı əsasda regional kommunikasiyaların açılması, o cümlədən "Beynəlxalq Sülh və Firavanlıq naminə Tramp Yolu" layihəsi barədə Türkiyə Prezidentini məlumatlandırıb.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regional əməkdaşlığın yeni keyfiyyətinin formalaşmasına imkan yaradır.
Oxşar xəbərlər
Paşinyan Putindən sonra Makronu da Vaşinqton görüşü barədə məlumatlandırıb
Paşinyan Makronla Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə edib
KİV: Paşinyan Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Paşinyan: Azərbaycanla Ermənistan arasında sülh bərqərar olub
Nikol Paşinyan və Marko Rubio arasında telefon danışığı baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













