sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rusiya SOCAR-ın Odessadakı neft bazasına hücum edib, 4 nəfər yaralanıb
Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün “Shahed” pilotsuz təyyarələrindən istifadə edib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hücuml yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.
Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Oxşar xəbərlər
Ukrayna ordusu Rusiyada yanğın davam edən neft bazasına təkrar hücum edib
ABŞ-ın Yəmənə endirdiyi zərbələr nəticəsində azı 22 nəfər həlak olub
Ukrayna Silahlı Qüvvələri Rusiyanın neft bazasına hücum edib
Pakistanda partlayış baş verib, 6 nəfər ölüb, 31 nəfər yaralanıb
Rusiya Odessa limanına ballistik raketlərlə zərbə endirib: ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













